Ana Sayfa > Karusel / Ölkə > Xətaidə ağaclara divan tutanın işi Baş Prokurorluğa göndərildi

Xətaidə ağaclara divan tutanın işi Baş Prokurorluğa göndərildi


7-05-2019, 12:51. Yazar: sevinc1
Xətaidə ağaclara divan tutanın işi Baş Prokurorluğa göndərildi


Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların icazəsiz köçürülməsi və kəsilməsi faktı cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanmış araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.



Bu haqda Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.



Xatırladaq ki, 5 may 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılarkən yaşıllıq sahəsində torpaq mülkiyyətçisi tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü müəyyən edilib.

aia.az
Geri dön