Ana Sayfa > Karusel / Ölkə > Ağstafanın Tatlı kəndində növbəti səyyar görüş keçirdi.

Ağstafanın Tatlı kəndində növbəti səyyar görüş keçirdi.


6-05-2019, 16:14. Yazar: admin
Ağstafanın Tatlı kəndində növbəti səyyar görüş keçirdi.


Görüşdə İcra başçısının müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanları, rayonda yerləşən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan RİH başçısı cənab Nizaməddin Quliyev ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud siyasi sabitliyindən, hərbi qüdrətindən, eləcə də ölkə rəhbərliyinin müvafiq tapşırıqları ilə Ağstafa şəhərində görülən işlərdən geniş bəhs etdi.
İcra başçısı Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. Həmçinin Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı. O cümlədən Tatlı kəndində də qaz, işıq, içməli və suvarma suyu, yol məsələləri, təhsil, səhiyyə ocaqları kimi mühüm əhəmiyyətli sosial obyektlər daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri addımlar atıldığını qeyd etdi. Sakinlərin təklif və müraciətlərini qəbul edən rayon İcra hakimiyyətinin başçısı qaldırılan məsələlərin həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.

AİA.Az




Geri dön