Ana Sayfa > Gündəm / Manşet / Karusel > İcra başçısının şəhər üzrə nümayəndəsi həbs olundu

İcra başçısının şəhər üzrə nümayəndəsi həbs olundu


15-01-2016, 12:34. Yazar: admin

Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

APA-nın məlumatına görə, Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyev yanvarın 13-də rayonda baş verən hadisələrlə bağlı saxlanılıb. Hadisə ilə bağlı daha bir neçə nəfərin də saxlanıldığı qeyd olunur.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov APA-ya Ş. Hacıyevin saxlanılması faktını təsdiqləyib
Geri dön