Ana Sayfa > Karusel / Parlament > Salyanda məktəblilər olan mikroavtobus aşdı
Salyanda məktəblilər olan mikroavtobus aşdı6-05-2019, 10:19. Yazar: sevinc1 |
![]() Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı məlumat yayıb. Nazirlikdən Modern.az-a verilən məlumata görə, 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib. Biri sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir. Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Vita” markalı avtobus idarəetməni itirərək yoldan çıxıb və aşıb. aia.az Geri dön |