Ana Sayfa > Karusel / Gündəm > Elçin Şıxlı:
Elçin Şıxlı:6-05-2019, 10:15. Yazar: sevinc1 |
Azərbaycan Jurnalistlər Birliyi (AJB) qeyri-ciddi təşkilat deyil. Bu quruma qarşı həmin ittihamları səsləndirən şəxs özü qeyri-ciddidir”. Bu sözləri Modern.az-a açıqlamasında rəhbərlik etdiyi qurumun ünvanına səsləndirilən ittihamlarla bağlı danışan “Ayna - Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı deyib. Amma o, etiraf edib ki, AJB-nin fəaliyyəti olduqca zəifdir: “Təşkilat 1990-cı ilin 20 yanvar hadisələrindən sonra heç kimdən maddi dəstək almayıb. O zaman heç mən sədr deyildim. AJB-yə qarşı ittiham səsləndirənlər hamilərindən pul alır, digərləri isə KİV-ə Dəstək Fondundan maliyyələşirlər. Amma Jurnalistlər Birliyi heç yerdən pul ala bilmir. AJB vaxtilə QHT-lərə Dövlət Dəstəyi Şurasından bir neçə layihə qazana bilmişdi. Sonradan KİV-ə Dövlət Dəstəyi Fondu yarandı və bizə dedilər, həmin fonda müraciət edək. Amma KİV-ə Dəstək Fondunun nizamnaməsində jurnalist təşkilatlarına pul ayırmaqla bağlı heç bir müddəa yoxdur. Hazırda xaricdən qrant almaq imkanları da mümkün deyil. Belə şəraitdə AJB-nin fəaliyyətini necə gücləndirmək olar?”. Elçin Şıxlı iddia edilənin əksinə olaraq, təşkilatın üzvlüyündə qeyri-jurnalistlərin olmadığını qətiyyətlə vurğulayıb: “Əgər təşkilatın üzvlüyündə qeyri-jurnalistlər varsa, dedikləri düz olsa, istefa ərizəmi yazıb gedərəm”. aia.az Geri dön |