Ana Sayfa > Karusel / Cəmiyyət > Yevlaxda FACİƏ:

Yevlaxda FACİƏ:


6-05-2019, 10:11. Yazar: sevinc1
Yevlaxda FACİƏ:


Yevlax şəhərində tükürpədici hadisə baş verib.

aia.az ONA-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhərinin Fizuli küçəsində baş verib.

Belə ki, ata özünəməxsus idarə etdiyi maşını ilə manevr edərkən ehtiyatsızlıqdan avtomobilin ətrafında dolaşan 4 yaşlı oğlunu görməyib.

Nəticədə ata 2015-ci il təvəllüdlü oğlu - Kənan Ruslan oğlu İsmayılovu vuraraq ona ağır xəsarət yetirib.

Yaralı uşaq xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. K.İsmayılov xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


aia.az
Geri dön