Ana Sayfa > Karusel / Cəmiyyət > Moskvada yanan təyyarədə 41 nəfər ölüb

Moskvada yanan təyyarədə 41 nəfər ölüb


6-05-2019, 10:09. Yazar: sevinc1
Moskvada yanan təyyarədə 41 nəfər ölüb


Son məlumatlara görə, Rusiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 41 nəfər həlak olub.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, "Aeroflot" aviaşirkətinə məxsus təyyarədə 78 nəfər olub.

Xatırladaq ki, Moskvadan Murmanska uçan təyyarə göyə qalxdıqdan 28 dəqiqə sonra geri dönüb və sonra məcburi eniş edərkən alovlanıb.

***

Moskvanın "Şeremetyevo" hava limanında təyyarə qəzası zamanı 13 nəfər ölüb.



Modern.az xarici mediaya istinadən xəbər verir ki, "Aeroflot" aviaşirkətinə məxsus "Superjet" tipli sərnişin təyyarəsinin qəza enişi zamanı yanması nəticəsində 13 nəfər həyatını itirib.



***



Moskvanın Şeremetyevo hava limanında təyyarə yanıb.



Modern.az xarici mediaya istinadən xəbər verir ki, “Moskva – Murmansk” reysi ilə hərəkət edən sərnişin təyyarəsi eniş zamanı yanmağa başlayıb.



Hadisə zamanı təyyarədə 72 sərnişin, 6 ekipaj üzvü olub. Sərnişinlər təxliyə edilib, onlardan 6 nəfəri xəsarət alıb.



Hadisə yerinə təcili yardım maşınları cəlb edilib.


aia.az


Geri dön