Ana Sayfa > Siyasət > Əli Əhmədov:

Əli Əhmədov:


3-05-2019, 17:21. Yazar: sevinc1
Əli Əhmədov:


"Azərbaycan Prezidentinin əfvi nəticəsində azadlığa çıxan Əli İnsanovun mətbuata verdiyi müsahibələr onun siması və insani keyfiyyətləri haqqında tam təsəvvür yaradır: yalan, riyakarlıq, xəyanət. Onun ümummilli lider Heydər Əliyev yoluna xəyanəti artıq çoxdan bəllidir. Dünən “Amerikanın səsi” radiosuna verdiyi müsahibəsində isə Əli İnsanovun xəyanəti yeni formada və səviyyədə özünü göstərdi".

ONA-nın məlumatına görə, bunu Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov sabiq səhiyyə naziri Əli İnsanovun “Amerikanın səsi” radiosuna müsahibəsinə münasibət bildirərkən deyib.

Ə. Əhmədov qeyd edib ki, keçmiş nazir indi də separatçı erməni ideoloqu kimi özünü təqdim və təsdiq etməyə çalışır: "Bu isə milli xəyanətdən başqa bir şey deyil. Erməni separatçılarının ideoloji tezis kimi uydurduğu, guya ermənilərin Azərbaycanda mənəvi-iqtisalarının qeyri-mümkün olması haqqında əsassız şüarın Əli İnsanov tərəfindən dəstəklənməsinə ayrı cür ad vermək mümkün deyil. Görünür, Azərbaycan xalqının dəstəyini qazanmaq xülyasının boşa çıxmasından sonra o, ermənilərin, Qərbdəki erməni lobbisinin dəstəyinə arxalanmaq fikrinə düşüb. Burada qeyri-ixtiyari nazir olarkən İrəvana səfəri zamanı ermənilərlə qol qaldırıb oynaması haqqında vaxtilə ağızdolusu danışması yada düşür. Deməli, heç nə təsadüfən baş vermir. Hər şeyin bir səbəbi, bir izahı var".

Ə.Əhmədovun fikrincə, Əli İnsanovun simasının digər xarakterik cəhəti olan riyakarlıq isə ən riyakar insanlarda belə qibtə doğura bilər.

"On ildən çox nazir kimi çalışdığı hakimiyyəti “diktatura” adlandırması nə məntiqə, nə insanlığa sığır. Nazir olarkən bəlağətlə hakimiyyəti tərifləyən, müxalifət nümayəndələrini isə təhqir edən Əli İnsanov indi tam əksini edir. Soruşmaq lazımdır: Əli İnsanov, sənin hansı simana inanaq? Vaxtilə müxalifəti ən ağır sözlərlə təhqir edərkən gördüyümüz simana, yoxsa indi əvvəllər sədaqətlə qulluq etdiyini dediyin hakimiyyətə böhtan atan sifətinə? Yəqin ən düzgün cavab bu olar ki, heç birinə. Buna isə simasızlıq deyirlər.

Əli İnsanov həbsdə olduğu müddətdə Azərbaycan inanılmaz dərəcədə dəyişib, gözəlləşib, müasirləşib. İnsanlar indi daha yaxşı yaşayırlar. Düşünürdüm ki, azadlığa çıxandan sonra bu dəyişiklikləri görən insan özü də dəyişməyə bilməz. Ancaq görünən budur ki, Əli İnsanova inanmaq mümkün deyil. Onun islah olunduğunu da düşünmək sadəlövhlük olardı. Azərbaycan xalqı ölkədəki sabitliyi, təhlükəsizliyi, inkişafı yüksək qiymətləndirir. İnsanlar ölkədə qarşıdurma yaradaraq inkişafa, əmin-amanlığa əngəl törətməyə çalışanları lənətləyir və onlara xalq-iqtidar birliyi ilə cavab verir", - deyə Ə.Əhmədov vurğulayıb.

aia.az
Geri dön