Ana Sayfa > Karusel / Gündəm > Ramil Usubov Şeyxin bacısı oğluna yeni vəzifə verib

Ramil Usubov Şeyxin bacısı oğluna yeni vəzifə verib


3-05-2019, 17:14. Yazar: sevinc1
Ramil Usubov Şeyxin bacısı oğluna yeni vəzifə verib


Daxili işlər orqanlarında yeni təyinat olub.


aia.az-ın ONA-ya istinadən məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Əli Şərif oğlu Əsədullayev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölmənin rəis müavini təyin edilib.

Qeyd edək ki, Ə. Əsədullayev İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayev oğlu, Şeyxülislam Allahşükür Paşazadənin bacısı oğludur.

Xatırladaq ki, 13-cü polis bölməsinin bundan əvvəlki rəis müavini, polis mayoru Mehman Əsədov bu ilin fevral ayında ölkədən qaçarkən tutulub. O, dələduzluqda ittiham olunur.

aia.az
Geri dön