Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Növbəti ana ölümü baş verdi -
Növbəti ana ölümü baş verdi -3-05-2019, 11:26. Yazar: sevinc1 |
Lənkəran Mərkəzi Xəstəxanasında ana ölümü baş verib. Rayon sakinlərinin Modern.az-a bildirdiyinə görə, Osaküçəkənd sakini, 1979-cu il təvəllüdlü Quliyeva Vəfanə Kərim qızı mayın 1-də xəstəxananın doğuş şöbəsində qeysəriyyə əməliyyatı olunub. Lakin həkim səhlənkarlığı səbəbindən daxili qanaxmaya diqqət edilməyib. Vaxtında qiymətləndirilməyyən qanaxmanın dayandırılması üçün ananın 2 may tarixində iki dəfə təkrar cərrahi əməliyyata götürüldüyü bildirilir. Mayın 2-dən 3-nə keçən gecə isə Quliyeva Vəfanə dünyasını dəyişib. Bildirilir ki, ana öz ayağı ilə doğuş şöbəsinə girib, daxil olarkən heç bir əlavə xəstəliyi olmayıb. Körpənin isə sağ-salamat olduğu qeyd edilib. Modern.az Səhiyyə Nazirliyindən hadisəyə rəy öyrənməyə çalışacaq. aia.az Geri dön |