Ana Sayfa > Ölkə > Nazirlik rəsmisi:

Nazirlik rəsmisi:


3-05-2019, 11:03. Yazar: sevinc1
Nazirlik rəsmisi:



Balıq ovu ilə məşğul olan şəxslərə bir daha bildiririk ki, qadağan olunmuş ov vasitələrindən istifadəyə son qoysunlar, balıq ehtiyatlarının məhvinə şərait yaradan hərəkətlərdən çəkinsinlər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, brakonyerliyin qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən respublikanın daxili su hövzələrində, Kür və Araz çaylarında son aylar keçirilən birgə reydlər zamanı brakonyerlərdən qadağan olunmuş ov alətləri və müxtəlif növ balıqlar götürülüb. Qanun pozucuları barəsində 8607 manat məbləğində cərimə tətbiq olunub, 4 iş üzrə hüquq-mühafizə orqanlarında cinayət işi açılıb.

ETSN rəsmisi bildirib ki, qadağan olunmuş ov alətlərindən olan sintetik tordan, qarmaqbatırma alətindən, elektrik aparatından, kimyəvi və partlayıcı maddələrdən istifadə etməklə qəddarcasına balıq ovuna, təəssüf ki, hələ də rast gəlinir: "Bir daha balıq ovu ilə məşğul olan şəxslərə bildiririk ki, qadağan olunmuş ov alətlərindən istifadəyə son qoysunlar, brakonyerlikdən çəkinsinlər. Ümid edirik ki, brakonyerlər görülən inzibati cəza tədbirlərindən, təbiətsevərlərin, konstruktiv mövqedə dayanan sağlam düşüncəli ictimaiyyət nümayəndələrinin qınağından nəticə çıxaracaqlar".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlardan, ictimaiyyət nümayəndələrindən xahiş edir ki, brakonyerlik halları ilə rastlaşdıqda dərhal nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat versinlər.

aia.az
Geri dön