Ana Sayfa > Təhsil > DSX-nin Xüsusi məktəbinə keçirilən imtahanın nəticələri açıqlanıb

DSX-nin Xüsusi məktəbinə keçirilən imtahanın nəticələri açıqlanıb


2-05-2019, 18:26. Yazar: sevinc1
DSX-nin Xüsusi məktəbinə keçirilən imtahanın nəticələri açıqlanıb


Bu il aprelin 6-da Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi məktəbinə qəbul üçün keçirilmiş imtahanın nəticələrinin qiymətləndirilməsi başa çatıb.
DSX-nin mətbuat mərkəzindən Azvision.az -a bildiriblər ki, Xüsusi məktəbə qəbul üçün keçirilmiş imtahanda 1227 nəfər iştirak edib. Namizədlərin tibbi və digər yoxlamlara cəlb ediləcəyini nəzərə alaraq ən yüksək bal toplamış 101 nəfər növbəti mərhələyə keçirilib. Qəbul planına uyğun olaraq, bütün yoxlamaları uğurla keçən namizədlər bal ardıcıllığına görə Xüsusi məktəbə qəbul ediləcəklər.

Bununla yanaşı, övladlarının imtahan materialları ilə şəxsən tanış olmaq istəyən vətəndaşlar (012) 554-92-44 telefon nömrəsi ilə əlaqə saxlaya və ya Xüsusi məktəbə yaxınlaşaraq müraciət edə bilərlər.

aia.az
Geri dön