Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıda 12 avtomobili əzən "Gelandewagen" sürücüsü saxlanıldı

Bakıda 12 avtomobili əzən "Gelandewagen" sürücüsü saxlanıldı


2-05-2019, 11:43. Yazar: sevinc1
Bakıda 12 avtomobili əzən "Gelandewagen" sürücüsü saxlanıldı


Bakının Binəqədi rayonu ərazisində 12 avtomobili əzən "Gelandewagen" markalı avtomobilin sürücüsü müəyyən edilib.

Trend-in məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü saxlanılıb.

Hazırda hadisənin hansı şəraitdə törədilməsi ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsində "Gelandewagen" markalı avtomobil avtomobil parklanma yerində yüksək sürətlə hərəkət edərək 12 avtomobilə ziyan vurub.

aia.az
Geri dön