Ana Sayfa > Dünya > Hindistana səfər etmək istəyənlərə XƏBƏRDARLIQ olundu -
Hindistana səfər etmək istəyənlərə XƏBƏRDARLIQ olundu -2-05-2019, 09:48. Yazar: sevinc1 |
Rusiyanın Səhiyyə İdarəsi Hindistanda "donuz qripi"nin yayılması ilə əlaqədar vətəndaşlarına xəbərdarlıq edib. Trend-in məlumatına görə, Rusiya Hindistana səfər etmək istəyən vətəndaşlarını mütləq şəkildə peyvənd olunmağa çağırıb. Qeyd edək ki, 2019-cu ilin yanvarından Hindistanın ayrı-ayrı ştatlarında insanların A/H1N1 - "donuz qripi" virusuna yoluxma halları artıb. Hindistan Səhiyyə Nazirliyi daha təhlükəli vəziyyətin mərkəzi ştat olan Maxaraştrada qeydə alındığını bildirib. Belə ki, bu ştatda bu ilin bir neçə ayı ərzində 1300 А/H1N1 virusuna yoluxma halı qeydə alınıb. "Donuz qripi"nə yoluxanlardan 10-u dünyasını dəyişib. aia.az Geri dön |