Ana Sayfa > Manşet / Ölkə > Yeni qaz limiti necə tətbiq olunacaq?

Yeni qaz limiti necə tətbiq olunacaq?


1-05-2019, 16:40. Yazar: sevinc1
Yeni qaz limiti necə tətbiq olunacaq?


Xəbər verdiyimiz kimi, Azərbaycanda qaz limiti artırılıb. Dövlət başçısının tapşırığına əsasən, əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb.

Yeni qərara əsasən, bu gündən 1,8 milyondan artıq abonent (7 milyondan çox vətəndaş) qaz istehlakından aşağı tariflə yararlanacaq.

Bu qərardan sonra qaz limitlərinin necə hesablanacağına dair suallar yaranıb. Bəzi məlumatlara görə, bu gündən qaz limitləri sıfırlanır və növbəti ilin – 2020-ci ilin may ayının birinə kimi 2200 kubmetr qaz limiti müəyyən edilir.

Oxu.Az-ın əməkdaşı suallara cavab tapmaq üçün Tarif Şurasına müraciət edib.

Qurumdan saytımıza verilən məlumatda yeni limitin hesablanma qaydası açıqlanıb.

Qeyd olunur ki, hesablaşma 1 yanvar 2019-cu ildən etibarən istifadə olunan təbii qazın həcminə uyğun olaraq həyata keçiriləcək:

“Misal üçün: Tutaq ki, abonent 1 may 2019-cu ilədək 1400 kubmetr qaz istehlak edib. Bu halda abonent ilin sonunadək daha 800 kubmetr təbii qazı aşağı tariflə (1 kubmetr üçün 10 qəpik) istifadə edə biləcək.

Abonent bu tarixədək əvvəlki limiti (1700 kubmetr) ötübsə, yeni limitədək olan hissə üçün ödədiyi vəsait hesablaşmalarda nəzərə alınacaq.

Əgər abonent il ərzində müəyyən olunan yeni limitdən (2200 kubmetr) artıq təbii qaz istifadə edərsə, bu halda hesablaşma yeni limitdən artıq hissə üçün 1 kubmetr X 20 qəpik olmaqla həyata keçiriləcək”.

Məlumat üçün qeyd edək ki, bir abonentin faktiki orta illik təbii qaz istehlakı 1400 kubmetrdən aşağıdır.

aia.az
Geri dön