Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqlədi

Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqlədi


15-01-2016, 11:27. Yazar: admin

İlham Əliyev sərəncam imzalayıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 69-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Aia.az AZƏRTAC-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, balıqçılıq su obyektlərində istismar edilən su təsərrüfatı obyektlərinin balıqqoruyucu qurğularla təchiz edilməməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir.
Geri dön