Ana Sayfa > İdman > Portuqaliya futbolunda gülməli hadisə

Portuqaliya futbolunda gülməli hadisə


1-05-2019, 09:10. Yazar: sevinc1
Portuqaliya futbolunda gülməli hadisə


Portuqaliya çempionatında "Çaves” - "Nasional” arasında keçirilən oyunda futbol meydanlarında rast gəlinməyən hadisə baş verib.

56-cı dəqiqədə baş hakim Luiş Qodino gözlənilmədən oyunu dayandırıb. Bundan sonra laysman Jorje Krus paltardəyişmə otağına tərəf qaçıb.Baş hakim komanda üzvlərinə məsələni gülərək izah edib. O laynsmanın tualetə getdiyi üçün oyunu saxlamağa məcbur olduğunnu bildirib.

Qeyd edək ki, oyun 2 dəqiqəlik fasilədən sonra davam etdirilib.



aia.az
Geri dön