Ana Sayfa > Dünya > Zelenski Ukrayna prezidenti elan olundu

Zelenski Ukrayna prezidenti elan olundu


30-04-2019, 16:44. Yazar: sevinc1
Zelenski Ukrayna prezidenti elan olundu


Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) Vladimir Zelenskini prezident seçkilərinin rəsmən qalibi elan edib.

"Qafqazinfo”nun "Strana.ua” portalına istinadən verdiyi xəbərə görə, onun 73,23 faiz səslə qələbə qazandığı açıqlanıb.

Bundan sonra Ali Rada Zelenskinin inaqurasiya mərasiminin tarixini müəyyənləşdirməlidir.

Qanuna əsasən, mərasim seçkilərin rəsmi nəticələri elan olunduqdan sonra 30 gündən gec olmayaraq keçirilməlidir. Bu halda son tarix 30 maydır.

aia.az
Geri dön