Ana Sayfa > Parlament / Aia TV / Karusel > İstanbul terrorçusunun anası erməni imiş
İstanbul terrorçusunun anası erməni imiş14-01-2016, 14:10. Yazar: admin |
Suriyada anadan olub. Aparılan tədqiqatlar nəticəsində İstanbulun Sultanəhməd meydanında terror aktını törədən Nabil Fadlinin anasının erməni olduğu bəlli olub. Bu barədə Aia.az “milliyet.com.tr”-a istinadən xəbər verir. Məlumata görə, N.Fadli 1988-ci ildə Səudiyyə Ərəbistanında anadan olub. Atasının adı Abdülatif, anasının adı isə Brijitdir. Agentliyin məlumatına əsasən, Brijit Suriya ermənisidir və bu ölkənin erməni kəndlərindən birində doğulub. Qeyd edək ki, yanvarın 12-də İstanbulda Sultanahmet meydanında törədilən terror nəticəsində 11 nəfər həyatını itirib, 15 nəfər yaralanıb. Geri dön |