Ana Sayfa > Siyasət > Azərbaycanda fəaliyyət göstərən diplomatların Qazax və Tovuz rayonlarına səfəri təşkil olunub
Azərbaycanda fəaliyyət göstərən diplomatların Qazax və Tovuz rayonlarına səfəri təşkil olunub30-04-2019, 10:06. Yazar: sevinc1 |
30 aprel – 1 may tarixlərində Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin regionlarının inkişafı və bu xüsusda, bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə tanış olmaq məqsədilə Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin rəhbərləri və onların həyat yoldaşlarının Qazax və Tovuz rayonlarına tanışlıq səfərləri təşkil edilir. XİN-dən ONA-ya bildirilib ki, səfər çərçivəsində diplomatlar Qazax rayonunda “Damcılı” mağarası, Qazax Sement Zavodu, Şəhidlər xiyabanı, Qazax Müəllimlər Seminariyası və Tarixi Cümə Məscidi, “Saloğlu” mebel fabriki, eləcə də Ədəbiyyat Muzeyi və Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olacaqlar. Eyni zamanda, diplomatlar Tovuz rayonunda Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, “Göytəpə” qədim yaşayış məskəni və “Tovuz Baltiya LTD” konyak klubunu ziyarət edəcəklər. aia.az Geri dön |