Ana Sayfa > Siyasət > Lukaşenkodan ATƏT-ə çağırış:
Lukaşenkodan ATƏT-ə çağırış:29-04-2019, 16:32. Yazar: sevinc1 |
ATƏT regionunda çoxlu problemlər yığılıb, onlara göz yummaq qətiyyən olmaz. Trend-in məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli ilə görüşü zamanı deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, bu problemləri həll etmək lazımdır. A.Lukaşenko əlavə edib ki, təşkilat bu problemlərə zəif reaksiyasına görə tez-tez tənqid edilə bilər, amma bu məsələlərin həlli birbaşa ATƏT-in işidir: “Bu, ilk növbədə Avropa qitəsində təhlükəsizlik təşkilatıdır və bu problemlərə göz yummaq qətiyyən olmaz”. aia.az Geri dön |