Ana Sayfa > Ölkə > Bakı meriyası “Piano palas” şadlıq evinin sahibinə xəbərdarlıq etdi
Bakı meriyası “Piano palas” şadlıq evinin sahibinə xəbərdarlıq etdi29-04-2019, 16:23. Yazar: sevinc1 |
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aprel ayı paytaxtda “Təmizlik ayı” elan olunub. Qurumun mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, bununla bağlı şəhərin bütün rayon və qəsəbələrinin sanitar təmizlik vəziyyəti Bakı Şəhər İcra Hakimiyyətinın xüsusi komissiyası tərəfindən yoxlanılır, gündəlik reydlər keçirilir. Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Ötən gün paytaxtın Nizami rayonu ərazisində keçirilən reyd zamanı Babək prospektində yerləşən “Piano palas” şadlıq sarayının yaxınlığında məişət tullantılarının zibil konteynerlərinin ətrafına atılaraq ərazidə natəmizlik və antisanitar vəziyyətin yaradılması aşkar edilib. Araşdırma zamanı məişət tullantılarının bura “Piano palas” şadlıq sarayının işçiləri tərəfindən atıldığı müəyyən olunub. Görülən tədbirlər nəticəsində ərazidə təmizlik yaradılıb, pozuntulara yol vermiş şadlıq sarayının məsul nümayəndəsi Ruslan Əkbərov cərimələnib, obyektin sahibinə ciddi xəbərdarlıq edilib. Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu gün şəhərimizin təmizliyi, abadlığının lazımı səviyyədə saxlanılması üçün çox böyük işlər görülür. Lakin təəssüf olsun ki, bəzi insanlar buna biganəlik göstərirlər. Şəhərin təmizliyinin qorunması üçün bu reydlər hər gün keçiriləcək və paytaxtımızın sanitar vəziyyətinə xələl gətirənlər, o cümlədən belə işlərə rəvac verən ictimai-iaşə və digər obyektlərin sahibləri və məsul şəxslərinə qarşı ən ciddi cəza tədbirləri görüləcək. aia.az Geri dön |