Ana Sayfa > Karusel / Siyasət > İlham Əliyev agentinalı sədri qəbul etdi

İlham Əliyev agentinalı sədri qəbul etdi


29-04-2019, 16:05. Yazar: sevinc1
İlham Əliyev agentinalı sədri qəbul etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzonu qəbul edib.

aia.az xəbər verir ki, bu haqda Prezidentin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan ilə Argentinanın bir sıra sahələrdə əməkdaşlıq həyata keçirdiklərini deyən Prezident İlham Əliyev müxtəlif səviyyəli qarşılıqlı səfərlərin rolunu qeyd etdi. Dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı.

Qəbula görə minnətdarlığını bildirən Emilio Monzo Argentina Respublikasının Prezidenti Maurisio Makrinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Prezident İlham Əliyevin Azərbaycanın hüdudlarından kənarda, o cümlədən Argentinada böyük nüfuza malik olduğunu dedi və dövlətimizin başçısının siyasəti nəticəsində Azərbaycanın digər ölkələrlə yaxşı dostluq münasibətləri qurduğunu məmnunluqla qeyd etdi. Emilio Monzo ölkəsinin Azərbaycanla əlaqələrin hərtərəfli inkişaf etdirilməsində maraqlı olduğunu dedi.

Görüşdə Azərbaycan ilə Argentina arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə olundu, iqtisadi, ticarət, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edildi.

Dövlətimizin başçısı Argentina Respublikasının Prezidenti Maurisio Makrinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Argentina Prezidentinə çatdırmağı xahiş etdi.



aia.az
Geri dön