Ana Sayfa > Ölkə > Komitənin sədr müavini:

Komitənin sədr müavini:


29-04-2019, 15:00. Yazar: sevinc1
Komitənin sədr müavini:


Hazırda Azərbaycanda bələdiyyə orqanlarında qadınların təmsil olunma səviyyəsi 35 faizdir.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

Onun sözlərinə görə, ilk bələdiyyə seçkilərində qadınların təmsil olunma səviyyəsi 4 faiz olub. Amma aparılan təbliğat nəticəsində bu göstərici yüksəlib:

"İndi təmsilçilik faizi 35 faizdir, amma bu, ancaq rəqəmdir və rəqəm hər şey demək deyil. Bizim üçün əsas olan budur ki, bu 35 faizin neçə faizi aktivdir. Bu, bizim üçün vacibdir".

S.Qəhrəmanova əlavə edib ki, regionların, xüsusilə kəndlərin bələdiyyə orqanlarında qadınların təmsil olunma səviyyəsinin yüksəlməsi vacibdir: "Bəzən qadınları ancaq qadın olduğuna görə irəli çəkirlər. Amma biz belə olduqda uduzuruq, çünki o zaman onlar işlərinin öhdəsindən gələ bilmirlər. Qadınlar qadın olduqları üçün deyil, bacarığına görə vəzifədə irəli çəkilməlidirlər".

aia.az
Geri dön