Ana Sayfa > Təhsil > “Nəzarətçi müəllimlərin 12 faizi "qara siyahı"ya salınıb”

“Nəzarətçi müəllimlərin 12 faizi "qara siyahı"ya salınıb”


29-04-2019, 12:37. Yazar: sevinc1
“Nəzarətçi müəllimlərin 12 faizi "qara siyahı"ya salınıb”



"Yüz bala qədər nəticə göstərən abituriyentlər arasında köçürmə halları daha çox müşahidə olunur".



Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aprelin 29-da keçirdiyi mətbuat konfransında deyib.



Onun sözlərinə görə, həmin abituriyentlərin nəticələri ləğv olunmur, çünki onlar müsabiqə şərtlərini onsuz da ödəmirlər: "Minlərlə abituriyentin nəticələri ləğv edilsə, bu da müəyyən dərəcədə araşdırmaların sayının çoxalmasına gətirib çıxaracaq. Bu da çox sayda vətəndaş qəbulu deməkdir".



M.Abbaszadə qeyd edib ki, bu il ərzində köçürməyə şərait yaradan 12 faiz nəzarətçi müəllim barədə Rayon Təhsil Şöbələrinə məktub göndərilib: "Artıq onlar mərkəzin "qara siyahı"sına düşüb və heç vaxt nəzarətçi qismində imtahanlarda iştirak etməyəcəklər".

aia.az
Geri dön