Ana Sayfa > Manşet / Cəmiyyət > 2018-ci ildə Azərbaycanda 114 insan alveri cinayəti qeydə alınıb

2018-ci ildə Azərbaycanda 114 insan alveri cinayəti qeydə alınıb


29-04-2019, 11:28. Yazar: sevinc1
2018-ci ildə Azərbaycanda 114 insan alveri cinayəti qeydə alınıb


2018-ci ildə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 114 insan alveri cinayəti qeydə alınıb.

aia.az ONA-ya istinadən bildirir ki, bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatında bildirilib.

Sənəddə qeyd edilib ki, müəyyən edilən 98 insan alveri qurbanından (82 qadın və 16 kişi, hamısı Azərbaycan Respublikasının vətəndaşı) 71-i istismar

məqsədilə Türkiyə Respublikasına, 20-si Rusiya Federasiyasına, 3-ü İran İslam Respublikasına aparılıb, 2-si Birləşmiş Ərəb Əmirliklərində, 1-i Malayziyada, 1-i

isə Azərbaycanda istismara məruz qalıb.

İnsan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işlərindən 27-nin istintaqı tamamlanaraq 34 təqsirləndirilən şəxs (29-u qadın, 5-i kişi)

məhkəmə məsuliyyətinə verilib, 23 insan alverçisi barədə ittihamedici hökmlər çıxarılıb.

aia.az
Geri dön