Ana Sayfa > Karusel / İqtisadiyyat > “Şahdəniz”dən əldə edilən gəlir 91 milyon dollar olub
“Şahdəniz”dən əldə edilən gəlir 91 milyon dollar olub29-04-2019, 11:27. Yazar: sevinc1 |
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku üzrə gəlirləri açıqlayıb. ARDNF-dən Trend-ə verilən məlumata görə, AÇG yatağı üzrə 2001-ci ildən bu il aprelin 1-dək əldə olunan ümumi gəlirlər 140 450 mln. dollar olub. Bu il isə AÇG yatağından 2 243 mln. dollar gəlir əldə edilib. O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər bu il 91 mln. dollar olub. Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər isə (2007-ci ildən etibarən) 2 506 mln. dollar (01.04.2019 tarixinə) təşkil edib. aia.az Geri dön |