Ana Sayfa > Karusel / Cəmiyyət > Daha bir meyxanaçı həbs edildi

Daha bir meyxanaçı həbs edildi


26-04-2019, 17:01. Yazar: sevinc1
Daha bir meyxanaçı həbs edildi



Azərbaycanda narkomoniyanı təbliğ edən daha bir meyxanaçı həbs edilib.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumatagörə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərinin haqlı narazılığına və etirazına səbəb olan, narkomaniyanın təbliğinə həsr olunmuş musiqili meyxanalar ifa edən, rayonun Sarov kənd sakini, 25 yaşlı İlkin Hüseynli saxlanılıb.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Tərtər Rayon Məhkəməsinə göndərilib, İ.Hüseynli İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilib.


aia.az
Geri dön