Ana Sayfa > Parlament / Aia TV / Karusel > İŞİD İndoneziyanı terrorla silkələdi - Video
İŞİD İndoneziyanı terrorla silkələdi - Video14-01-2016, 11:08. Yazar: admin |
İndoneziyanın paytaxtı Cakartada silsilə terror aktı törədilib. Aia.azxəbər verir ki, paytaxtda eyni anda 6 partlayış baş verib. Sonradan isə daha bir terror törədilib. İlkin məlumatlara görə, hadisə zamanı 4 adam ölüb. “Starbaks” qarşısında 3 kamikadze özünü partladıb. Digər terror hücumu polis bölməsinə edilib. BMT-nin regional nümayəndəsi Ceremi Duqlas partlayışlardan birinin yeni ofislərinin qarşısında baş verdiyini açıqlayıb. Hələlik terroru üzərinə götürən olmayıb. Polis rəsmisi Anton Çarliyan az əvvəl İŞİD-dən təhdid aldıqlarını açıqlayıb. İngiltərənin “Mirror” qəzeti terroru İŞİD-in törədə biləcəyini yazıb. Geri dön |