Ana Sayfa > Ölkə > Adını, ata adını, soyadını dəyişdirənlərin sayı açıqlandı

Adını, ata adını, soyadını dəyişdirənlərin sayı açıqlandı


25-04-2019, 10:35. Yazar: sevinc1
Adını, ata adını, soyadını dəyişdirənlərin sayı açıqlandı


Cari ilin 3 ayı ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində 638 adın, ata adının və soyadın dəyişdirilməsi dövlət qeydiyyatına alınıb.


Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, onlardan 68-i məhkəmə qətnaməsi, 570-i isə qeydiyyat şöbəsinin rəyi əsasında dəyişdirilib:
“Adını, ata adını və soyadını dəyişdirənlərdən 347-i kişi, 291-i isə qadın cinsindən olub”.
Qeyd edək ki, ötən il ölkədə Ədliyyə Nazirliyinə adın, ata adının, soyad və soyad sonluğunun dəyişdirilməsi ilə bağlı ümumilikdə 5111 müraciət olub. Müraciətlərdən 2891 şəxs adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı, 2220 nəfər isə soyad sonluğunun dəyişdirilməsi ilə bağlı olub.

2017-ci ildə isə ümumilikdə 5552 nəfər nazirliyə adın, ata adının, soyad və soyad sonluğunun dəyişdirilməsi ilə bağlı müraciət ünvanlayıb. Onlardan 3013 nəfəri adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı, 2539 nəfəri isə soyad sonluğunun dəyişdirilməsi ilə bağlıdır.


Qanunvericiliyə görə, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə daxil olan şəxsiyyəti təsdiq edən sənəd və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur.

aia.az
Geri dön