Ana Sayfa > Siyasət / Aia TV / Karusel > Zakir Həsənov Latviyanın hərbi obyektlərində olub

Zakir Həsənov Latviyanın hərbi obyektlərində olub


4-07-2015, 15:56. Yazar: admin

Onu SQ-nin Baş Qərargah rəisi müşayiət edib.

Latviyaya rəsmi səfəri çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin “Adaji” hərbi bazası, Birgə Hücumun idarə edilməsi terminalı, Partlayıcı Maddələrin zərəsizləşdirilməsi Məktəbi, Tibb Mərkəzi və “SWATH” patrul gəmisini ziyarət edib.

Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, ziyarət zamanı Zakir Həsənovu Latviyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Raimonds Qraube müşayiət edib.

Səfər iyulun 4-də başa çatacaq.
Geri dön