Ana Sayfa > Siyasət / Aia TV / Karusel > “Tacikistan prezidenti ömürlük seçilə bilər

“Tacikistan prezidenti ömürlük seçilə bilər


13-01-2016, 23:57. Yazar: admin

Tacikistan parlamentinin aşağı palatası ölkədə yeni konstitusiya dəyişikliyi təklif edir.

Aia.az modern.az-a istinadən xəbər verir ki, təklifin məğzi hazırkı ölkə başçısı İmaməli Rəhmanın ömürlük prezident elan edilməsini nəzərdə tutur.

Bundan başqa, deputatlar prezidentliyə namizəd olanların yaş həddini 35-dən 30-a endirməyi də təklif edirlər. Ölkədə dini təmayüllü siyasi partiyaların qeydiyyatının qadağan olunması da dəyişikliklər arasındadır.

Tacikistanın konstitusiyası 1994-cü il noybrın 6-da qəbul olunmuşdu. 2003-cü ildə əsas qanuna edilən dəyişikliklə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər artırıldı.

Bunun sayəsində ölkənin 20 illik əvəzsiz prezidenti İmaməli Rəhman 2020-ci ilə qədər prezident kürsüsünü əlində saxlamaq imkanı əldə etdi.
Geri dön