Ana Sayfa > Manşet / Ölkə > Xanım deputat Elina olayına görə od püskürdü:

Xanım deputat Elina olayına görə od püskürdü:


23-04-2019, 10:30. Yazar: sevinc1
Xanım deputat Elina olayına görə od püskürdü:


"Öncə bir sual ortalığa çıxır - necə olur ki, məktəb direktoru bu vaxta qədər öz səlahiyyətlərini, hüquqlarını bilmir?Eyni zamanda digər müəmmalar da var. Hələ də başa düşə bilmirəm ki, direktor niyə icra başçısının müavinini hadisə yerinə çağırıb".

aia.az xəbər verir ki, bu sözləri "Yeni Müsavat”a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı deyib. O bildirib ki, əgər məktəbdə o cür hadisə baş veribsə, ilk olaraq təcili yardıma, polisə, daha sonra isə Bakı Təhsil Şöbəsinə məlumat verilməli idi:

"Ümumiyyətlə, icra başçısının müavininin orada olmasının səbəbi hələ də mənə aydın deyil. Niyə o, məktəbə gedib? Niyə direktor aidiyyəti yerlərə deyil, ona müraciət edib? Niyə hər ikisi uşağın xilas olması, yaşaması üçün əllərindən gələni etməyiblər? Onlara çəkiliş lazım idi? Məgər icra başçısının müavini operatordurmu ki, çəkiliş aparır? Uşağın o halında video çəkmək nə dərəcədə insanlığa sığır? Bayramova açıqlamasında bildirib ki, videonu qızın anasına bağışlayıb. Faktiki olaraq uşağın anasına dağ çəkmək üçün belə edib. Halbuki intihar edən uşağa təcili yardım lazım idi. Hətta təcili yardım gəlməsə belə, onu dərhal xəstəxanaya çatdırmalı idilər. Bütün bunların hamısı həm müəmmalı, həm də dəhşətlidir. Şəxsən mənim üçün də maraqlıdır ki, hüquq-mühafizə orqanları sonda hansı nəticəyə gələcək, qərar verəcək".


aia.az
Geri dön