Ana Sayfa > Cəmiyyət / Manşet / Karusel > Siyəzəndə bir qrup sakinlə polis arasında insident baş verib

Siyəzəndə bir qrup sakinlə polis arasında insident baş verib


13-01-2016, 15:05. Yazar: admin

Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib.

Siyəzən rayonunda bir qrup sakinlə polis arasında insident baş verib.

Aia.az xəbər verir ki, APA-nın məlumatına görə, Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşanlar polisin ictimai asayişin bərpa olunması və ərazidən uzaqlaşmaq tələbinə əməl etməyiblər.

Buna görə də polis aksiya keçirənləri ərazidən uzaqlaşdırmağa başlayıb.

Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib.

Saxlanılanların olduğu bildirilir.

Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayacağı gözlənilir.
Geri dön