Ana Sayfa > Karusel / Siyasət > Prezident Zelenskini təbrik etdi

Prezident Zelenskini təbrik etdi


22-04-2019, 18:21. Yazar: sevinc1
Prezident Zelenskini təbrik etdi



Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskini təbrik edib.

aia.az-ın məlumatına görə, ölkə başçısının təbrik məktubunda deyilir:

"Hörmətli cənab Zelenski,

Ukraynanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir. İnanıram ki, bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ukrayna xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".


aia.az
Geri dön