Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > 27 yaşlı qız burun əməliyyatından sonra öldü -
27 yaşlı qız burun əməliyyatından sonra öldü -22-04-2019, 13:14. Yazar: sevinc1 |
Bakıda gənc qız burun əməliyyatından sonra dünyasını dəyişib. aia.az Trend-ə istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş. Xanımın sonuncu əməliyyatı aprelin 17-si baş tutub. Sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb. G.Hacıyeva 18-i gecə saatlarında dünyasını dəyişib. aia.az Geri dön |