Ana Sayfa > Karusel / Ölkə > Rayonlara qar yağdı

Rayonlara qar yağdı


20-04-2019, 11:45. Yazar: sevinc1
Rayonlara qar yağdı



Azərbaycanın bəzi rayonlarına qar yağıb.

BakuPost xəbər verir ki, aprel ayında qarın yağması insanların təəccübünə səbəb olub.

Dünən axşam saatlarından başlayaraq Yardımlı və lerik rahyonlarına, Eləcə də Qaba, Qusar ağ örpəyə bürünüb. Sosial şəbəkə istifadəçisi Faiq Əliyev Yardımlı rayonun Hamarkənd kəndindən şəkil paylaşaraq, bildirib ki, qarın hündürlüyü dağlarda 3-4 sm-dir.

Rejissor Eltən Qədimbəyli isə Quba rayonundan şəkil paylaşaraq, qışın yenidən qayıtdığını bildirib.

Maraqlıdır ki, dağlıq ərazilərlə yanaşı aran bölgəsinə qar yağıb.

İki gün davam edən aramsız yağışlardan sonra bu gün səhər saatlarından Göyçaya qar yağmağa başlayıb. Temperatur kəskin aşağı düşüb.

aia.az
Geri dön