Ana Sayfa > Karusel / Cəmiyyət > Ələt-Astara yolunda ağır qəza:

Ələt-Astara yolunda ağır qəza:


20-04-2019, 11:39. Yazar: sevinc1
Ələt-Astara yolunda ağır qəza:




Ötən gün Ələt-Astara avtomobil yolunda ağır qəza baş verib.

Trend-in məlumatına görə, hadisə yolun Salyan rayon Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb. Əhlimanovlar ailəsinin olduğu "Oka" markalı "52-BF-103" dövlət nömrə nişanlı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarına aşıb.

Qəzada sürücü, 1985-ci il təvəllüdlü Səxavət Kəramət oğlu Rzayev sağ diz oynağının və sağ döş qəfəsinin əzilməsi, 1988-ci il təvəllüdlü Mayıl Babalar oğlu Əhlimanov sağ qabırğa sınıqları və onun həyat yoldaşı 1991-ci il təvəllüdlü Asudə Əliismayıl qızı Vəliyeva sağ gicgahın və sağ budun əzilməsi xəsarətləri ilə Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə zamanı 2015-ci il təvəllüdlü R.Əhlimanov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Sürücü və A.Vəliyeva həkim müayinəsindən sonra ambulator müalicəyə buraxılıb.

aia.az
Geri dön