Ana Sayfa > Ölkə > Yol Polisi “Təmiz hava” aylığına başladı

Yol Polisi “Təmiz hava” aylığına başladı


19-04-2019, 11:02. Yazar: sevinc1
Yol Polisi “Təmiz hava” aylığına başladı


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən respublika ərazisində "Təmiz hava” aylığı keçirilir.

Nazirliyin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postlarında saxlanılan sürücülərə bildirilir ki, nəqliyyat vasitələrinin yanacaq sisteminə nəzarət etməklə, saz vəziyyətdə saxlanılmalı və xaric olunan qazlarının tərkibi ekoloji təhlükəsiz normalara uyğun olmalıdır.

Xüsusi cihaz vasitəsilə yoxlanılması zamanı ekoloji təhlükəsiz normalarına cavab verməyən nəqliyyat vasitələri yol polisi əməkdaşları tərəfindən aşkar olunur, sürücüləri inzibati məsuliyyətə cəlb edilir.

Tədbirin keçirilməsində əsas məqsəd nəqliyyat vasitələrinin istismarı nəticəsində atmosferə atılan qazlarını insanların həyatına ciddi təhlükə törətməsinin və havanın çirkləndirilməsinin qarşısının alınmasıdır.

Qeyd edək ki, "Təmiz hava” aylığı ölkəmizin bütün bölgələrində də davam edir.



aia.az
Geri dön