Ana Sayfa > Qərbi Azərbaycan / Aia TV / Karusel > Ab ilə həyat yaradaq

Ab ilə həyat yaradaq


13-01-2016, 13:20. Yazar: admin
Ab ilə həyat yaradaq
Bir müddətdir ki, dərmanla bağlı mövzular gündəmdən düşmür. Cəmiyyətdəki ab-hava heç də ürəkaçan deyil. Ab (su) demişkən, hər kəsə bəllidir ki, qəbul etdiyimiz dərmanların böyük əksəriyyətini su ilə içirik. Həyat mənbəyi olan suyun özü də min bir dərdin dərmanıdır. Təbiətin əvəzedilməz neməti sayılan su ilə bağlı durum narahatlıq doğurur. Bəllidir ki, yaşadığımız aləmdə təbiətin harmoniyası pozulub. Həyat ünsürü sayılan suyun da təbii tərkibi xeyli dəyişib. Yaşadığım əraziyə su Ceyranbatan su anbarından gəlir. Sovet dönəmində Sumqayıtdakı kimyəvi zavod və fabriklərin tullantıları Ceyranbatan gölünə atılırmış. İndi burda fəaliyyət göstərən su anbarı ilə Bakı və Abşeron ətrafı əraziləri də içməli su ilə təmin edir. Su təmizləyici qurğular vasitəsi ilə təmizlənib bu ərazilərə ötürülür. Keçən ilin sonlarında Ceyranbatan su anbarında daha müasir su təmizləyici qurğular quraşdırıldı. Amma buna baxmayaraq, içdiyimiz suyun təmizliyi tam təmin olunmur. Yaşayış sahələrinə borular vasitəsi ilə ötürülən suyun tərkibi dəyişir. Əgər borular dəmirdəndirsə, zaman keçdikcə su boruları korreksiyaya uğrayır. Bu da borulardan axan suyun dəyişməsinə səbəb olur. Orqanizm üçün zərərli maddələr suya qarışır. Bu isə son nəticədə bir çox xəstəliklərə gətirib çıxarır. Plastik materiallardan hazırlanan borulardan axan su da insan həyatı üçün zərərlidir. İnsan orqanizminin 70 faizini su təşkil edir. Orqanizmimizin suya tələbatını çoxluğunu nəzərə alsaq, onun təmiz olması nə qədər vacibdir.

Rəvayətə görə İsgəndər Hindistanı tutarkən ordusu qarın yatalağına tutulur. Bu xəstəliyə tutulanlar orduda xüsusi vəzifəyə təyin olumuş hərbçilər olur. Sıravi döyüşçülər isə xəstəliyə yoluxmurlar. Komandirlər qızıl badədə su içirlərmiş. Sən demə, gümüş zəhərli maddələri və mikrobları zərərsizləşdirirmiş. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev vaxtilə Bakıya Şollar suyunu da gümüş borular vasitəsi ilə çəkdirmişdi. Nənə-babalarımız isə suyu daşdan keçirib içərmişlər. Belə deyirlər ki bu daş suyu adlandırılırmış. Sağlamlığımızı itirdikdən sonra həyatımızı dərmanlarla sığortalamağa çalışırıq. Dərman asılılığında olmaqdansa, bu asılılığı aparan səbəbləri tapaq. Ab və havanın təmizliyini qoruyaq. Tarixi təcrübədən yararlanıb ab ilə sağlam həyat yaradaq.

Şirxanlı Rövşən
Geri dön