Ana Sayfa > Gündəm > Konstitusiya Məhkəməsi sədri və hakiminin maaşı artırılıb
Konstitusiya Məhkəməsi sədri və hakiminin maaşı artırılıb18-04-2019, 17:56. Yazar: sevinc1 |
Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Dəyişikliyə əsasən qanunda 71.2-ci maddə aşağıdakı redaksiyada verilir: “71.2. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşına bərabərdir.”; 1.2. aşağıdakı məzmunda 73.10-cu maddə əlavə edilsin: “73.10. Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.”. Qanun 2019-cu il aprelin 1-dən qüvvəyə minir. aia.az Geri dön |