Ana Sayfa > İqtisadiyyat > Xəzər dənizinin Azərbaycan sektorunda ən dərin quyu qazılıb
Xəzər dənizinin Azərbaycan sektorunda ən dərin quyu qazılıb18-04-2019, 12:25. Yazar: sevinc1 |
“Caspian Driling” şirkətinin idarəçiliyi altında olan “Heydər Əliyev” altıncı nəsil yarımdalma qazma qurğusu Xəzər dənizində ən dərin quyunun qazılması üzrə rekorda nail olub. “Caspian Driling”dən ONA-ya verilən məlumata görə, qazma işləri "Abşeron" (ABD-001 - quyu) yatağında aparılıb. Quyu 15 aprel 2019-cu il tarixdə saat 13:00-da 7 411 metr (ümumi ölçülmüş dərinlik) dərinliyə çatıb. Bu, Xəzər dənizində hal-hazıradək qazılmış ən dərin quyudur. Qazma qurğusu “Caspian Driling” MMC-nin rəhbərliyi altında 2017-ci ildə Xəzər tərsanəsində tikilib, sınaqdan keçirilib və qurğuya ümummilli lider Heydər Əliyevin adı verilib. Hazırki quyu “Heydər Əliyev” yarımdalma qazma qurğusunun qazdığı ilk quyudur. SOCAR-ın qiymətləndirmələrinə görə, “Abşeron” yatağının potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir. “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50%) şirkətləridir. aia.az Geri dön |