Ana Sayfa > Dünya > "Disney" şirkəti Notr-Damın bərpası üçün $ 5 milyon ayırıb

"Disney" şirkəti Notr-Damın bərpası üçün $ 5 milyon ayırıb


18-04-2019, 09:45. Yazar: sevinc1
"Disney" şirkəti Notr-Damın bərpası üçün $ 5 milyon ayırıb


ABŞ-ın "The Walt Disney Company" media-konqlomeratı Fransanın paytaxtı Parisdə yanğın baş vermiş Notr Dam kilsəsinin bərpası üçün 5 milyon dollar vəsait ayırıb.

Trend-in "The Hill"ə istinadən verdiyi məlumata görə, "The Walt Disney Company" 1996-cı ildə Viktor Güqonun " Note-Damdan olan qozbel" əsəri əsasında cizgi filmi çəkib.

Qeyd edək ki, Fransanın paytaxtı Parisin Notr-Dam kilsəsində güclü yanğın olub. Nəticədə kilsə üzərindəki qüllənin bir hissəsi aşıb, məbədin saatı yanaraq məhv olub. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edib. Binanın böyük hissəsi dağılıb.

Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.


aia.az
Geri dön