Ana Sayfa > Ölkə > Yeni istifadəyə verilən Nəqliyyat qovşağında sərnişinləri gözləyən

Yeni istifadəyə verilən Nəqliyyat qovşağında sərnişinləri gözləyən


18-04-2019, 08:30. Yazar: sevinc1
Yeni istifadəyə verilən Nəqliyyat qovşağında sərnişinləri gözləyən


Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində yeni istifadəyə verilmiş Nəqliyyat qovşağına rayonlara işləyən avtobuslar da yerləşdirilib.

Bu barədə aia.az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

P.Məmmədova deyib ki, respublikanın rayon və şəhərlərinə işləyən avtobuslar artıq müvəqqəti dayanacaqlardan yeni Nəqliyyat qovşağına köçürülüb: "Yəni minik avtomobilləri, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri əhalinin rahatlığı məqsədilə vahid məkanda yerləşdirilib”.

BBAK rəsmisinin sözlərinə görə, aprelin 15-də istifadəyə verilən yeni qovşaqda sakinlərin rahatlığı məqsədilə fərdi avtomobillər üçün parkinq yerləri də ayrılıb ki, bölgələrdən və xaricdən gələn qonaqları rahat qarşılaya bilsinlər.

P.Məmmədova onu da qeyd edib ki, hazırda sözügedən əraziyə giriş ödənişsizdir: “Bildiyiniz kimi, avtomobillərin “Xoş gəlmisiniz” yazılan əsas girişdən avtovağzala daxil olması ödənişlidir. Yeni qovşaq tərəfdən avtovağzala daxil olmaq isə hələlik ödənişsizdir. Ancaq gələcəkdə bu istiqamətdən də giriş ödənişli ola bilər. Tariflər isə hələlik dəqiqləşdirilməyib”.

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, BBAK-ın yaxın zamanlarda yeni saytı və mobil əlavə istifadəyə veriləcək: "Yeni sayt daha təkmil və funksional olacaq. Android və iOS qurğuları üçün istifadəyə veriləcək mobil əlavə vasitəsilə sərnişinlər bütün əməliyyatları yerinə yetirə biləcəklər".


aia.az
Geri dön