Ana Sayfa > Media > "İnstagram" İran rəsmilərinin hesablarını dondurur
"İnstagram" İran rəsmilərinin hesablarını dondurur17-04-2019, 16:18. Yazar: sevinc1 |
"İnstagram" sosial şəbəkəsi İranın bir sıra rəsmilərinin hesablarını dondurub. Trend-in məlumatına görə, ABŞ-ın İran İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatları siyahısına salmasının ardınca, "İnstagram" sosial şəbəkəsi İran rəsmilərinin hesablarını dondurmağa başlayıb. İndiyədək İran İslam İnqilabı Keşikçilər Korpusunun bir sıra komandanları, o cümlədən Qasım Süleymani, Möhsün Rzayi, İranın yol polisinin rəisi Kamal Hadianfər, Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi və digər nüfuzlu şəxslərin instagram hesabları dondurulub. İran KİV-ləri ali dini lider Ayətulla Xameneinin ingiliscə xidmət edən informasiya portalının "İnstagram" səhifəsinin də dondurulduğunu bildiriblər. aia.az Geri dön |