Ana Sayfa > Karusel / Gündəm > Zaur Hüseynov “Gənclik” stansiyasının rəisini işdən qovdu
Zaur Hüseynov “Gənclik” stansiyasının rəisini işdən qovdu17-04-2019, 16:14. Yazar: sevinc1 |
"Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov "Gənclik” stansiyasının rəisi Böyükağa Yolçuyev və müavini Seymur Məhərrəmovu tutduğu vəzifədən azad edib. Zaur Hüseynov İnsan Resursları və Xidmət Departamentinin rəisi Tərlan Dadaşovun təqdimatı əsasında sözügedən şəxsləri vəzifələrindən uzaqlaşdırıb. Rəis və müavininin vəzifəsindən azad olunmasının səbəbi stansiyada gecə növbətçisinin yerini tərk etməsi olub. Belə ki, növbətçi iş vaxtı ayaqyoluna gedib. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov rəis və müavinin vəzifəsindən uzaqlaşdırılmasını təsdiqləyib. B.Məmmədov onların vəzifədən uzaqlaşdırılmasının səbəbini nizam-intizamla bağlı olduğunu dilə gətirib. (unikal.org) aia.az Geri dön |