Ana Sayfa > Manşet / İdman > Məşhur erməni futbolçu Bakıya gələ bilər -

Məşhur erməni futbolçu Bakıya gələ bilər -


17-04-2019, 11:29. Yazar: sevinc1
Məşhur erməni futbolçu Bakıya gələ bilər -



İngiltərənin "Arsenal” klubu erməni futbolçusu Henrix Mxitaryana Azərbaycana viza almamışdan qabaq onunla məsləhətləşəcək.

"Arsenal” UEFA Avropa Liqasının finalına vəsiqə qazanacağı halda UEFA Azərbaycana girişinə qadağa qoyulan futbolçuya viza alınmasına dəstək olacaq.

Lakin klub öncə Mxitaryanın özünü Bakıda rahat hiss etməsi üçün onun fikrinə önəm verəcək. Əgər erməni futbolçu Bakıya gəlməkdən çəkinməzsə, o zaman Mxitaryana viza alınacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının finalı mayın 29-da baş tutacaq. "Arsenal” artıq 1/4 finalın ilk oyununda İtaliyanın "Napoli” klubunu 2:0 məğlub edib və bu turnirin finalına çıxmağa potensial namizədlərdən biri hesab olunur.

Xatırladaq ki, daha əvvəl Henrix Mxitaryan Dortmund "Borussiya”sında oynadığı vaxt "Qəbələ” ilə matç üçün Bakıya gəlməmişdi. O, ötən ilin payızında isə "Qarabağ” – "Arsenal” oyunu üçün ikinci dəfə Bakıya gəlməkdən çəkinmişdi. (oxu.az)

aia.az
Geri dön