Ana Sayfa > İdman > Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli olacaq

Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli olacaq


16-04-2019, 09:23. Yazar: sevinc1
Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli olacaq


Bu gün Çempionlar Liqasında 1/4 finalın iki cavab oyunu keçiriləcək.

aia.az xəbər verir ki, bu oyunlarla ilk yarımfinalçılar bəlli olacaq.

"Barselona" İspaniyada "Mançester Yunayted"lə qarşılaşacaq. Səfərdəki görüşdə 1:0 hesablı qələbə qazananan kataloniyalılar böyük üstünlük əldə edib.

Digər matçda isə "Yuventus" "Ayaks"ı qəbul edəcək. Hollandiyada keçirilən qarşılaşamada 1:1-lik nəticə qeydə alındığından Turin təmsilçisini növbəti mərhələyə bir addım yaxın hesab etmək olar.



Çempionlar Liqası


1/4 finalın cavab oyunları


23:00. "Barselona" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
İlk oyun - 1:0

23:00. "Yuventus" (İtaliya) - "Ayaks" (Hollandiya)
İlk oyun - 1:1



17 aprel


23:00."Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə)
İlk oyun - 0:2

23:00."Mançester Siti" (İngiltərə) - "Tottenhem" (İngiltərə)

İlk oyun - 0:1

aia.az
Geri dön