Ana Sayfa > Karusel / Dünya > Parisdə Notr-Dam kilsəsindəki yanğın söndürülüb

Parisdə Notr-Dam kilsəsindəki yanğın söndürülüb


16-04-2019, 09:03. Yazar: sevinc1
Parisdə Notr-Dam kilsəsindəki yanğın söndürülüb


Fransanın paytaxtı Parisdə Notr-Dam kilsəsində baş verən yanğın söndürülüb.

Trend-in "Le Figaro" qəzetinə istinadən verdiyi məlumata görə, yanğın söndürülüb və hazırda isti hissələrin soyudulması prosesi gedir.

"Le Parisien" qəzeti öz növbəsində bildirir ki, yanğının yalnız bir hissəsi söndürülüb.

XXX

05:47

Fransanın paytaxtı Parisdə Notr-Dam kilsəsində baş verən yanğın lokallaşdırılıb.

Bu barədə "Parisien" qəzeti xəbər verir.

XXX

23:12

Fransanın paytaxtı Parisdə Notr-Dam kilsəsi yanır.

Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edir və hadisə yerinə yanğınsöndürən briqadaları gəlməkdə davam edir.

Kilsənin damı və üzərində olan saat uçub. Alov yayılmağa davam edir.

XXX

22:20

Fransanın paytaxtı Parisdə Notr-Dam kilsəsi yanır.

Yanğın təxminən yerli vaxtla saat 18:50-də başlayıb.

Hadisə yerinə çox sayda yanğınsöndürən briqadaları cəlb edilib. Yanğın davam edir.

aia.az
Geri dön