Ana Sayfa > Manşet / Təhsil > Müəllim: Mən də özümü Elina kimi məktəbdə öldürəcəyəm!

Müəllim: Mən də özümü Elina kimi məktəbdə öldürəcəyəm!


15-04-2019, 21:31. Yazar: admin
Müəllim: Mən də özümü Elina kimi məktəbdə öldürəcəyəm!






"Allaha and olsun, işim həll olunmazsa, direktor cəzalasını almasa, Elina kimi mən də özümü məktəbdə öldürəcəm!
Aia.az -ın məlumatına götə, bu sözləri Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin dərs hissə müdiri Gülabatun Babayeva BAKU.WS - a deyib
G.Babayevanın açıqlamasında sözügedən məktəbin direktoru Roza Məmmədova tərəfindən haqsızlıqla qarşılaşdığını bildirir:
"Mən - 13 il stajlı coğrafiya müəllimi Babayeva Güləbatun Asif qızı 04.01.2018 tarixdən Abşeron rayonu Xırdalan şəhəri 8 saylı tam orta məktəbdə Təşkilatı məsələlər üzrə direktor müavini işləmişəm. Masazır 4 saylı orta məktəbdə açılan yeni tədris müavini ştatı ilə bağlı 16.01.2019 tarixində ərizə ilə müraciət etmişəm. Müraciətimə əsasən məni 29(b) Əmr ilə işə qəbul etdilər.
Artıq 3 aydır ki, bu məktəbdə işləyirəm. Faktiki iş yerim isə əvvəlki məktəbimdir.
Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin direktoru Roza Məmmədova mənim əmrimi səhf tarixdən yazıb. İkinci dəfə mənə əmrin tarixini yeniləmək üçün 2 apreldə ərizə yazdırır.
Sonra da məndən o biri məktəbdən işdən azad olmağım üçün ərizə yazmağımı tələb edir. Lakin yeni iş yerimdə əmrim yeni tarixlə vermədiyinə görə, yəni doğru-düzgün əmr vermədiyinə görə ərizə yazmaqdan imtina etdim.
İndi də direktor bu məktəbdən getməyim üçün mənə pul təklif edir. Deyir, səni yanımda müavin kimi görmürəm. Səbəbi isə məktəbin bütün maliyyə pozuntularından xəbərdar olmağım və baş verənlərə etiraz etməyimdir.
Direktor müəllimlərin əvəzçilik haqlarını ödəmir. Dərslər sənəd üzərində bir müəllimin adına yazılır, dərsi tamam basqa müəllim keçir, pulu isə direktor alır.
Müraciət etmədiyim qurum qalmayıb. Təhsil Nazirliyinə, Korrupsiya idarəsinə, Prezident Aparatında Fərəh Əliyevaya, Ombudsman Elmira Süleymanovaya, baş prokuror Zakir Qaralova şikayət etmişəm. Abşeron rayonu Təhsil şöbəsi Təhsil Nazirliyinin mənimlə bağlı verdiyi tapşırı yerinə yetirmir.
Direktor Roza Məmmədova deyir ki, sən kimsən? Əmri vermirəm, heç Allahdan da qorxmuram. Artıq bezmişəm. Keçən dəfə şagird özünü 3-cu mərtəbədən atmışdısa, bu dəfə də mən atacağam.
Mənim qızım stres keçirir, çünki məni qızımın yanında təhqir edir. Məni işlədiyim məktəbdə qapını üzümə bağlayıb, içəri girməyə qoymur".
Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin direktoru Roza Məmmədova G.Babayevanın ittihamlarını qəbul etmədi:
"Mən əmr verməyə qadir deyiləm. Əmr verilir, mən də icra edirəm. Regional Təhsil İdarəsi əmr verdikdən sonra mən onu işə götürə bilərəm. Regional İdarə icazə vermədikdən sonra mən onun bizim məktəbdə işləməsinə icazə verə bilmirəm.
Gülabatın Babayeva bizim məktəbə dərs hissə müdiri kimi təcrübə mübadiləsinə göndərilib. Biz mart ayının 1-dən onun əmrini verməyi nəzərdə tutmuşduq, amma Regional İdarə əmr vermədi. Çünki özünü doğrultmadı. G.Babayevanın əlindəki saxtadır, özü düzəldib. Mən ona əmr verməmişəm.
O insanda ağıl çatışmazlığı var ki, intihar barədə düşünür. İntihar edənlərin ağılı düz olur? Onun psixoloji durumu yerində deyil!".

aia.az
Geri dön